İşin təsviri
Vəzifə öhdəlikləri:
- Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizi;
- Məhsulun roadmap-in hazırlanması;
- Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
- Məhsul üzrə uzunmüddətli vizyonun formalaşdırılması;
- Bazar tələbatı üzrə prioritetlərin müəyyən edilməsi;
- Məhsulun vizionunu formalaşdırmaq ,təqdim etmək və komanda üzvlərinə aşılamaq;
- Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
- Biznes proseslərin təhlil edilməsi və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir edilməsi;
- Backlogda toplanmış tapşırıqların komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah edilməsi;
- Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
- Bazarda baş verən tendensiyaları izləmək və sürətli reaksiyalar vermək;
- Release və sprint planlamasının edilməsi;
- Deadline-ların müəyyən edilməsi və release-lərin vaxtında həyata keçirilməsi;
- Qiymət strategiyasının müəyyən edilməsi;
- Müştəri məmnuniyyət səviyyəsinin artırılması üçün lazımı tədbirlərin görülməsi;
- Stakeholder-lar (iştirakçılar) arasında görüşlərin təşkil edilməsi;
- Məhsul üzərində müntəzəm olaraq testlərin aparılması, seçilmiş hədəf auditoriyalar üzərində testlərin aparılması və test nəticələrinin dəyərləndirilməsi;
- Tərəfdaşlıq və digər müqavilələrin hazırlanmasında inputların təqdim edilməsi;
- Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanın təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Biznes, marketinq, kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst, ingilis və ya rus dilləri yaxşı səviyyədə
- Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları
- Analitika bacarığı
- Texniki bacarıqlar
- Effektiv vaxt idarə etmə bacarığı
- Kommunikasiya bacarığı
- Komanda ilə işləmə bacarığı
- MS Office, Figma, Draw.io, Visio, Miro proqramları ilə işləmə bacarığı
- PSPO I sertifikatı (üstünlük)
- İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək
- Son müraciət tarixi: 07.09.2024
Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.