Rəqəmsal marketinq mütəxəssisi

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil, 
  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 2 ildən az olmayan
  • Meta Ads, Google Ads, Yandex Direct bilikləri
  • Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika)
  • Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı
  • SEO üzrə biliklər arzu olunandır
  • Analitik düşüncə qabiliyyəti,
  • Punktual və ünsiyyətcil olması,
  • Komandada işləmək bacarığı,

Vəzifə öhdəlikləri:

  • Şirkətin veb saytının optimallaşdırılması, şirkətin məhsulları üzrə marketinq materiallarının hazırlanması, sosial media resurslarına yerləşdirilməsi və idarə olunması
  • Rəqəmsal marketinq strategiya planının hazırlanması və icra edilməsi, rəqəmsal reklam materialları hazırlamaq
  • Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması
  • Şirkətin məhsulları üzrə araşdırmaların aparılması və məlumatların toplanması, bazarın analiz edilməsi, reklam və tanıtım ehtiyaclarının təyin edilməsi
  • Şirkət brendinin tanınması üzrə plan hazırlanması və işlərin icra edilməsi
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz edilərək hesabatların hazırlanmasi

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan  dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə“rəqəmsal marketin mütəxəssisi" adını qeyd edərək email ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.