İşin təsviri
Istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh
Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və
idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və
inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.
- Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət etmək;
- Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq orderlərə daxil edilməsi;
- Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərini normativ hüquqi aktlara uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
Tələblər:
- Ali təhsil;
- ERP –SAP proqramında işləmək bacarığının olması arzuolunandır;
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- ACCA F2, F3 arzuolunandır;
- Dil bilikləri: İngilis dili üstünlükdür, rus dili arzuolunandır
Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı;
- Ünsiyyət qurmaq qabiliyyəti;
- Düzgün analiz edə bilmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- İş yeri: Azerfloat QSC Bakı ofisi
Mövzü yerinə “Mühasib” yazıb [email protected] elektron poçt ünvanına göndərin.