İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Audit planı və proqramı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
- Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
- Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanması;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
- Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərilməsi;
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə aid rəy verilməsi;
- Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
- Şirkətdə risk idarə edilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında departamentin adından iştirak edilməsi və risklərin qiymətləndirilməsinin aparılması;
- Departament büdcəsinin hazırlanmasında iştirak edilməsi;
- Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Tələb olunan bilik və bacarıqlar:
- Daxili audit qaydalarını bilməli;
- İqtisadi sahədə qanunvericiliyi bilməli;
- MS Office proqram bilikləri;
- Logo Tiger ERP üzrə biliklər;
- Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi olmalı;
- Vergi Məcəlləsini bilməli və praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Diqqətlilik.
Tələb olunan təhsil, iş təcrubəsi və dil bilikləri:
- Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);
- İş təcrübəsi: Min. 2 il ( Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə)
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.