Nəzarət və Monitorinq Departamentinin Mütəxəssis / Baş mütəxəssisi
Əsas vəzifələr:
• Portfeldə restrukturizasiya edilməli olan müştərilən siyahısını təqdim etmək
• Sığorta və qiymətləndirmənin aylıq hesabatını aparmaq
• 100000 AZN-dən yuxarı biznes kreditlərinin monitorinqini aparmaq
• Filiallardan monitorinq aktlarını qəbul etmək, monitorinq reyesterini təşkil etmək
• Problemli kredtlər tərəfindən görülən işlər üzərində mütəmadi olaraq nəzarət etmək
Sistemdə səhvlərin və çatışmamazlıqla nəzarət etmək və onları aradan qaldırılmasına dair təkliflər vermək
Tələblər:
• Ali təhsili
• Sözü gedən sahədə ən azı 1 il iş təcrübəsinə sahib olmaq; və yaxud kreditləşmə sahəsində ən azından mütəxəssis üçün 1 il, baş mütəxəssis üçün 2 il iş təcrübəsi
• Microsoft Office proqramlarında işləmə bacarığı
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Analitik düşüncə tərzi
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• 25-37 yaş
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Nəzarət və Monitorinq Departamentinin Mütəxəssis / Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.