Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə peşəkar təcrübə;
Güclü 3D modelləşdirmə və vizualizasiya bacarıqları;
İnkişaf olunmuş vizual qavrayış və detallara diqqətli yanaşma;
Quraşdırma materialları, işıqlandırma və mebel tərtibatı haqqında yüksək biliklər;
Texniki bacarıq və problem həll etmə qabiliyyəti;
Mebel və tamamlama materiallarının spesifikasiyasının işlənib hazırlanması bacarığı;
Ünsiyyətçillik, təşkilatçılıq və vaxtın idarə olunması vərdişləri;
Fərdi və ya komanda tərkibində işləmək, eləcə də çarpaz funksional şöbələrlə sıx əməkdaşlıq bacarığı.
Vəzifə öhdəlikləri:
Dəqiq, olduğu kimi memarlıq ölçülərini hazırlamaq;
Plan məlumatlarının düzgünlüyünə görə eskizləri çəkmək
Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrini yaratmaq;
Sahələrin mexanika, elektrika və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarını (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlamaq;
Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarını, materialları və avadanlıqları müəyyən etmək;
Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
Layihənin başlanğıcdan son mərhələsinə qədər memarlıq/interyer hissəsinə nəzarət etmək;
İşlərin layihə tələblərinə uyğun aparılmasını təmin etmək üçün əmlakların iş sahələri ziyarət etmək;
Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə qrafiklərini izləmək;
Dizayn konsepsiyaları və variantları əlaqələndirmək üçün komanda görüşlərində iştirak etmək;
Layihəyə və ya konsepsiyaya əsaslanaraq 3D visual görünüşlərin hazırlanması;
Rəhbərliyə mütəmadi olaraq layihə statusu haqqında yeniliklər təqdim etmək;
İş haqqında məlumat:
İş yeri: Bakı şəhəri Masazır dariəsinin girişi
İş rejimi:Həftə içi 5 tam iş günü saat 09:00-18:00 (6-cı gün qısaldılmış iş günü 09:00-14:00)