İşin təsviri
Digital media sahəsində “qarışqa” axtarırıq.
NetAnt Azərbaycanda fəaliyyət göstərən aparıcı internet-reklam agentliklərindən biridir. Həm təcrübəli, həm də təcrübəsi olmayıb amma bu sahəyə çox marağı olan perspektivli gəncləri komandamızda görmək istəyirik.
Tələb olunun biliklər:
- Excel və PowerPoint proqramlarında işləmək bacarığı
- Rus və ya ingilis dillərindən birini yaxşı səviyyədə bilmək (hər iki dilmək üstünlükdür)
- Reklam sahəsində biliklərin olması, rəqəmsal platformalarda sərbəst işləmə bacarığının (Google ads, Meta Business Suite, Smartbee, yerli saytlarda banner yerləşdirmək ve s.) olması üstünlükdür.
- Əla riyazi biliklər
- Planlaşdırma, vaxtın düzgün idarə olunması,yaradıcılıq bacarıqlarının olması
- Səlis Azərbaycan dili və xarici dil bacarıqları.
- Punktual, səliqəli və diqqətli olmaq.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq reklam platformaları (Meta, Google, Tiktok, Youtube, Linkedin, və s.) ilə işləmək;
- Yerli reklam platformaları ( Smartbee, Adviad) ilə işləmək, yerli saytlarda reklam bannerləri yerləşdirmək
- Reklam kampaniyaları üçün hesabatların hazırlanması
- Rəqiblərin,ümumi bazarın təhlili və bu istiqamətdə təkliflərin,yeni ideyaların hazırlanması
- Digital marketinq sahəsində rəhbərlərin və account managerlərin tapşırıqlarını yerinə yetirmək
- Mediaplanların tərtib olunması, mediaplana əsasən reklamların yerləşdirilməsi, kampaniya sonunda hesabların hazırlanması
İş şəraiti:
- İş günlər : Həftənin 5 günü
- İş vaxtı: 10:00-18:00
- Əmək haqqı: razılaşma əsasında
- Böyük markalarla işləmə perspektivi
- Ünvan: Həsən Abdullayev 14 (İçərişəhər metrosuna yaxın)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Digital Marketing Specialist" qeyd edərək CV-lərini [email protected] elektron ünvanına elektron ünvanına göndərmələri xahiş olunur