İşin təsviri
Avtomobil kiçik satış mütəxəssisi, şəxsi və kommersiya məqsədləri üçün avtomobillərin satışına cavabdehdir. Kiçik satış mütəxəssisi kimi işiniz potensial alıcılarla görüşmək və onları satınalma barəsində düzgün istiqamətləndirmək olacaq. Siz ilk öncə onların ehtiyaclarını və istəklərini müəyyən edəcək və sonra onların imkanlarına uyğun olaraq təkliflərinizi edəcəksiniz. Kiçik satış mütəxəssisi satış menecerinə hesabat verəcək.
Əsas məsuliyyətlər:
- Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və mövcud kampaniyalar haqqında ətraflı məlumat vermək.
- Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi təqdirdə satış prosesini davam etmək və prosesi başa çatdırmaq.
- Satış menecerinin tələblərinə əsasən inzibati tapşırıqları yerinə yetirmək.
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştərilər cəlb etmək.
- Müştəri təlabatını öyrənmək, bazarda gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək.
- Müştərilərə uğurlu satışın işlənməsi üçün tələb olunan müvafiq sənədləri doldurmaqda köməklik etmək.
- Ehtiyac yarandığı təqdirdə, aidiyyatı tədbirlərdə iştirak edib, şirkəti layiqincə təmsil etmək.
- Satış heyəti ilə birgə satış hesabatlarını (günlük - həftəlik - aylıq - illik) hazırlamaq.
Əsas bacarıqlar/Keyfiyyətlər
- Azərbaycan, ingilis və ya rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir.
- Daha öncə avtomobil sənayesində satış mütəxəssisi kimi iş təcrübəsinin olması arzuolunandır.
- Əla inandırıcı şifahi ünsiyyət bacarığına malik olması önəmlidir.
- Avtomobil sənayesi və nəqliyyat vasitələrinin texniki aspektləri və mülkiyyəti haqqında təməl biliklərinin olması üstünlükdür..
- Müştəri məmnuniyyətini qorumaq üçün işində təmkinli olmasına üstünlük verilir.
İş qrafiki : Bazar ertəsi - Cümə 10:00 -18:00, Şənbə : 10:00 - 15:00
Əmək haqqı namizəddən asılı olaraq dəyişir.
Bu vəzifəni yerinə yetirmək üçün lazım olan bacarıqlara, təcrübəyə və yanaşmaya malik olduğunuzu düşünürsünüzsə, zəhmət olmasa qeyd olunan elektron poçt vasitəsilə (mövzu hissəsində “Kiçik satış mütəxəssisi” qeyd etmək) müraciət edin