Resepşn

İşin təsviri

Əsas məsuliyyətlər:

  • Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və mövcud kampaniyalar haqqında ətraflı məlumat vermək.
  • Daxil olan bütün telefon zənglərinə peşəkarcasına və vaxtında cavab vermək, onları tez və səmərəli şəkildə aidiyyatı işçilərə ötürmək.
  • Satış menecerinin tələblərinə əsasən inzibati tapşırıqları yerinə yetirmək.
  • Müştəri təlabatını öyrənmək, bazarda gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək.
  • Bütün gələn müştəriləri düzgün yönləndirmək, və müştərinin gəlişi ilə bağlı müvafiq işçinin məlumatlandırılmasını təmin etmək.
  • Aidiyyatı tədbirlərdə iştirak edib, şirkəti layiqincə təmsil etmək.
  • Şirkətin ümumi elektron poçt ünvanını yoxlamaq, cavab vermək və yaxud məlumatı vaxtında müvafiq şəxslərə ötürmək.
  • Sadəcə fotosurətin çıxarılması, məktub göndərilməsi, elektron poçtla işləmə və sənədlərin təqdim edilməsi kimi işlərlə kifayətlənməyərək ümumi kargüzarlıq vəzifələrini də yerinə yetirmək.
  • Satış heyəti ilə birgə satış hesabatlarını (günlük - həftəlik - aylıq - illik) hazırlamaq.

Əsas bacarıqlar/Keyfiyyətlər

  • Azərbaycan, ingilis və ya rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir.
  • Daha öncə Resepşn/Çağrı Mərkəzi/Telefon Operatoru sahələrində təcrübəsi olması vacibdir.
  • Böyük gəlirlər əldə edən avtomobil sənayesində daha öncə təcrübəsinin olması arzuolunandır.
  • Telefonla və insanlarla nəzakətli, mədəni ünsiyyətdə olmaq bacarığının olması mütləqdir.
  • Təşəbbüskar, çalışqan, işə motivasiyalı yanaşma bacarığının olması önəmlidir.
  • İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.

İş qrafiki : Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə : 10:00 - 15:00
Əmək haqqı namizəddən asılı olaraq dəyişir.
 

PDA MMC - Peugeot Azərbaycan tərəfindən digər vakansiyalar