Dispetçer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhsulların vaxtında və düzgün çatdrılmasına nəzarət;
  • Daşınma prosesi üçün tələb olunan sənədlərin hazırlanması;
  • Sifariş əsasında işin ardıcıllığını müəyyən etmək və əməliyyatları planlaşdırmaq;
  • Çatdırılma planının düzgün və səmərəli təşkil olunması;
  • Müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;
  • Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi;
  • Daxil olan sorğular əsasında yüklərin anbarlara, mağazalara, servis mərkəzlərinə və s. daşınması, o cümlədən, məhsulların müştəri ünvanından götürülməsinin təmin edilməsi;

Tələblər:

  • Ali və ya orta - ixtisas təhsilli
  • MS Ofis proqramlarından istifadə bacarığı
  • Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli
  • Analitik təhlil və problem həll etmə qabiliyyəti
  • Məsuliyyətli, diqqətcil, operativ
  • Bakı şəhərini tanımalı

İş şəraiti:

  • İş saatları: 08:30-17:30
  • İş günləri: Həftədə 5 gün
  • Şirkət tərəfindən naharla təmin edilmə
  • Sınaq müddətindən sonra özəl tibbi sığorta

İş yeri: Binəqədi-Xırdalan şössesi 7

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni email  ünvanına mövzu yerində “Dispetçer” yazaraq göndərə bilərlər.