İşin təsviri
Vəzifənin funksiyaları:
- Sığorta vasitəçilərinin fəaliyyətləri ilə bağlı hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığorta vasitəçilərinin qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir, nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
- Sığorta vasitəçilərinin fəaliyyətinə nəzarət çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sığortaçılarda, təkrarsığortaçılarda və sığorta vasitəçilərində yoxlamalar aparır;
- Aparılmış yoxlama, habelə təhlil və qiymətləndirmələrin nəticələri əsasında sığorta vasitəçilərinin fəaliyyətində aşkarlanan nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir, o cümlədən, sığorta vasitəçilərinə qarşı nəzarət tədbirlərinin tətbiqi ilə bağlı təkliflər verir;
- Sığorta vasitəçilərinin inkişafı istiqamətində beynəlxalq təcrübəni təhlil edir və müvafiq təkliflər verir;
- Sığorta vasitəçilərinə lisenziyaların verilməsi üçün müraciətlərə dair rəy bildirir;
- Sığorta vasitəçilərinin lisenziyalarının qanunvericiliyə uyğun olaraq dayandırılması və ləğv edilməsi ilə əlaqədar təkliflər verir;
- Zərurət yarandıqda hesabatların təhlil nəticələrini sığorta vasitəçilərinin nümayəndələri ilə müzakirə edir;
- Sığorta vasitəçilərində korporativ idarəetmə ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir;
- Zəruri hallarda, sığorta vasitəçilərinə nəzarətin optimallaşdırılması baxımından qanunvericiliyin və təqdim olunan hesabatların təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
Kompetensiyalar
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat
- Beynəlxalq iqtisadiyyat
- Sığorta qanunvericiliyi
- Təqdimat və yazı bacarıqları
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə
- Müvafiq sahədə 3 il (Maliyyə və İqtisadiyyat) və Sığorta nəzarəti sahəsində 2 ilədək iş təcrübəsi
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İdarəetmə,İqtisadiyyat və Hüquq)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (arzu olunandır)
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
- Son müraciət tarixi: 17.08.2024