Əmək haqqı üzrə mühasib

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 29.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatı:

  • Aylıq işçilərin əmək haqqlarının hesablanması və ödənilməsi
  • Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi
  • Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi
  • Əmək haqqına dair bütün sorğuların həll edilməsi
  • İşçilərin əmək haqqı sorğularına vaxtında cavab vermək
  • İşdən azad olunan əməkdaşların son haqq-hesablanması

Namizədə tələblər:

  • Ali təhsil
  • 3 il aidiyyatı sahə üzrə təcrübə
  • Azərbaycan dilini bilməsi mütləqdir
  • MS Office proqramları, 1C proqramlarında işləmək bacarığının olması 
  • Komandada işləmək bacarığı
  • İşinə dəqiq, məsuliyyətli yanaşma 

İş haqqında məlumat:

  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Nahar şirkət tərəfindən verilir
  • İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Yaş həddi:28-45

Ə/H: 800-1000 AZN

Zəhmət olmasa yuxarıdakı tələblərə uyğun olmayan namizədlər cv göndərməsin.Uyğun namizədlər CV formalarını mail-nə göndərə bilərlər.