Baş Mexanik

İşin təsviri

Şirkətin adı: “Ecolime” MMC

Vəzifə:  Baş Mexanik

“Synergy Group” ASC haqqında:

2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. "Synergy Group"-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. "Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

“Ecolime” MMC  haqqında:

“ECOLIME” MMC uğurlu  karyera qurmaq və Peşəkar Heyətin üzvü olmaq iddiasında olan təcrübəli mütəxəssislərin axtarışındadır. Regionların zəngin potensialını aşkarlamaq məqsədilə “Ecolime”  MMC  “Synergy Group” ASC-nin törəmə şirkəti olaraq yüksək reaktiv yanmış və sönmüş əhəngin istehsalında ixtisaslaşır. Hazırda “Ecolime” MMC Qazax rayonu ərazisində əhəngdaşı yatağında geoloji araşdırmalar aparmaqdadır. "Ecolime" MMC Azərbaycanda əhəng və əhəng materiallarının emalı və istehsalı ilə məşğul olan ilk zavod olacaqdır. “Ecolime” MMC-nin məhsulları:  kənd təsərrüfatı  üçün əhəng, tikinti əhəngi, yol salınması üçün dekorativ işlər, kimya və qızıl mədəni sənayesi üçün əhəng .

Tələblər:

• Ali-texniki  təhsil
• Istehsalatda 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
• Kompüterdə işləmək bacarığı, istehsalat və mexanika sahəsinə aid proqram təchizatları barəsində ümumi anlayış
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək
• Mexanika xidməti sahəsində quraşdırılmış mexaniki avadanlıqların təmir qrafiklərinin tərtib edilməsinə, sahənin işinin planlaşdırılmasına rəhbərlik etmək.
• Mexanika xidməti sahəsində mexaniki avadanlıqların, materialların, ehtiyyat hissələrinin sifarişini təşkil etmək, rekonstruksiya üzrə təklifləri hazırlamaq, yeni layihələrin texniki planını və tapşırıqlarını hazırlamaq
• Yeni mexaniki avadanlığın istismara verilməsində iştirak etmək, qəbul etmək və rəy vermək
• Xüsusi nəzarət tələb edən avadanlıqların vaxtı-vaxtında yoxlanılmasını təmin etmək
• Qəza hadisələrinin qarşısının alınmasına, təhlükəsiz iş rejiminin təşkil olunmasına dair tədbirlər planının hazırlanmasına rəhbərlik etmək
• Müəssisədə quraşdırılmış mexaniki avadanlqılarının yoxlanılmasını, hesabatını, həmçinin bütün növ enerjidaşıyıcıların sərfinin hesabat və analizini, mexaniki təsərrüfatın texniki-iqtisadi göstəricilərini, qəzaların və onların baş vermə səbəblərinin analizini təşkil etmək
• Mexaniki avadanlıqların istismar və təmirində yeni proqressiv üsullardan istifadə olunmasını, iş yerlərinin attestasiya və təkmilləşdirilməsini, mexanika xidməti sahələrində əməyin təşkilinin təkmilləşdirilməsini təşkil etmək
• Mexanika xidməti sahəsinin şöbə, sex və sahələrinin işçilərinə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir.

Göstərilən tələblərə cavab verən  namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Baş Mexanik” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ecolime (“Synergy Group” ASC) tərəfindən digər vakansiyalar