Avtomatlaşdırma və proqramlaşdırma üzrə Baş mühəndis

İşin təsviri

Şirkətin adı: “Ecolime” MMC

Vəzifə:   Avtomatlaşdırma və proqramlaşdırma üzrə Baş mühəndis 

 “Synergy Group” ASC haqqında: 2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. "Synergy Group"-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. "Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

“Ecolime” MMC  haqqında:

“ECOLIME” MMC uğurlu  karyera qurmaq və Peşəkar Heyətin üzvü olmaq iddiasında olan təcrübəli mütəxəssislərin axtarışındadır. Regionların zəngin potensialını aşkarlamaq məqsədilə “Ecolime”  MMC  “Synergy Group” ASC-nin törəmə şirkəti olaraq yüksək reaktiv yanmış və sönmüş əhəngin istehsalında ixtisaslaşır. Hazırda “Ecolime” MMC Qazax rayonu ərazisində əhəngdaşı yatağında geoloji araşdırmalar aparmaqdadır. "Ecolime" MMC Azərbaycanda əhəng və əhəng materiallarının emalı və istehsalı ilə məşğul olan ilk zavod olacaqdır. “Ecolime” MMC-nin məhsulları:  kənd təsərrüfatı  üçün əhəng, tikinti əhəngi, yol salınması üçün dekorativ işlər, kimya və qızıl mədəni sənayesi üçün əhəng .

Tələblər:

• Ali-texniki  təhsil

• Istehsalatda 5 ildən az olmayaraq iş təcrübəsi

• Azərbaycan və rus dilləri

• Kompüterdən mükəmməl istifadə bacarığı,  sənaye proqramlaşdırılması sahəsində istifadə olunan proqram təchizatı və proqramlaşdırma dilləri

• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq

• Komandada işləmək bacarığı

• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Müəssisədə istehsalın avtomatlaşdırılmış idarə olunmasını təmin etmək üçün avtomatlaşdırma vasitələrinə mütəmadi baxış keçirmək, zəruri materialların, ehtiyyat hissələrinin sifarişini təşkil etmək və planlı təmir cədvəllərini tərtib etmək

• Xüsusi nəzarət tələb edən avadanlıqların vaxtı-vaxtında yoxlanılmasını təmin etmək

• İstehsalın avtomatlaşdırılmış idarəetmə sistemlərində yaranan nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirləri görmək0

• Müəssisənin ayrı istehsal sahələrinin iş prinsipini öyrənərək həmin sahələrin fəaliyyətində  avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiq olunması üçün müvafiq texniki tapşırıqları hazırlamaq və alqoritmlərin hazırlanmasında iştirak etmək

• İstehsalın avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələndirilməsində və istehsalatda tətbiq olunmasında iştirak etmək və həyata keçirmək

• Riyazi modellərin və alqoritmlərin analizi əsasında müəyyən olunmuş tapşırıqların həllini təmin edəcək proqram təchizatlarını işləmək, həmin proqramların sınağını və istehsalatda tətbiqini həyata keçirmək

• Müəssisədə istismar olunan Nəzarət Ölçücü Cihazların və Avadanlıqların standartlaşdırılmasını təşkil etmək

• İş prosesində yeni kompüter texnologiyalarının tətbiqini həyata keçirmək

• Avadanlıqların təhlükəsiz istismarını təmin etmək üçün açar-birka sisteminin tətbiqini həyata keçirmək

• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan işçi təlimatların hazırlanması və istehsalatda işlərin həmin təlimatlara uyğun olaraq təşkil olunmasını təmin etmək

• Tabeliyində olan işçilərinə rəhbərlik etmək, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirmək.

Göstərilən tələblərə cavab verən  namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Avtomatlaşdırma və proqramlaşdırma üzrə Baş mühəndis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ecolime (“Synergy Group” ASC) tərəfindən digər vakansiyalar