ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
işgüzar münasibət etikasını bilməli
işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
təşkilatçılıq bacarığı
sənədləşmə işinin aparılması bacarığı
Vəzifə öhdəlikləri:
daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
rəhbərliyin qonaqlarını qarşılayır;
rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.