Daxili nəzarət üzrə mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 16.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Dəqiq və məsuliyətli olmaq
  • Problemləri həll etmə bacarığı
  • Komanda ilə işləmə bacarığı 
  • Təhsil: Ali (İqtisadi sahələrdə təhsil arzuolunandır)
  • Yaş: 21-29

 Daxili nəzarət üzrə mütəxəssis nə iş görür?

  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlər almaq
  • Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlama aparmaq
  • Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq, şirkətdaxili qaydaların, proseslərin hazırlanmasında yaxından iştirak etmək
  • Müəyyən edilmiş qaydalara uyğun olaraq prosesləri, davamiyyəti izləmək və mövcud pozuntuları aşkarlamaq
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabat təqdim etmək
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Daxili nəzarət üzrə mütəxəssis” qeyd etməklə  e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

İşəgötürənin reytinqi