Baş baytar həkim

İşin təsviri

Əmək funksiyaları:

  • Baytarlıq bölməsini idarə edir;
  • Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşıyır;
  • İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin edir;
  • Heyvandarlıq şöbəsində müalicə, müayinə və profilaktik proqramları işləyib hazırlayır və həmin proqram əsasında tədbirləri həyata keçirir;
  • Baytarlıq bölməsində işçilərin iş yükünü təyin edir və qrafik üzrə iş prosesini təşkil edir;
  • Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə şöbəsinə təqdim edir;
  • Riskli və erkən doğuşlarda birbaşa iştirak edir;
  • Gündəlik olaraq bütün heyvan qruplarına baxış keçirir, xəstə olan heyvanların uçotunu toplayıb şöbə rəhbərinə məlumat verir. Müalicə üçün metodlar təyin edib Baytar həkimlərə müvafiq təlimatlarını verir;
  • Müalicələrin qeydiyyatının aparılmasını təmin edir;
  • Çoxalma proqramlarını hazırlayır və həmin proqram əsasında mayalanma işlərini təşkil edir;
  • Heyvan ölümlərinin səbəbini müəyyənləşdirir, lazım gəldikdə patoloji yarmalar aparır və nəticələr barədə rəhbərliyə hesabat verir;
  • Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərir;
  • İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin edir.

Tələblər:

  • Baytarlıq sahəsi üzrə ali təhsil 
  • İş təcrübəsi 2 ildən yuxarı
  • Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Qeyd: Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir.

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Baş baytar həkim” qeyd etməklə göndərə bilərlər.