Marketinq meneceri

  • Efendiler Group
  • Elanın qoyulma tarixi: 11.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
  • Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
  • Marketinq kampaniyaları, korporativ layihələrlə bağlı kontent yaradılması;
  • Analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə  yetirilməsinin təmin edilməsi və hesabatların hazırlanması;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
  • SMM fəaliyyətinə nəzarət edilməsi;  
  • Görülən iş və aşkarlanan problemlər barədə hesabatın tərtib edilməsi;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verilməsi;
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, biznes proses və prosedurların hazırlanmasında iştirak edilməsi;
  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
  • Postlar üçün foto və videoların çəkilişini təşkil edilməsi;
  • Müvafiq bölmə üzrə zəif nöqtələrin aşkarlanması və onların aradan qaldırılması üçün düzləndirici fəaliyyətin tərtib və təşkil edilməsi;
  • Brendin tanınması və yeni auditoriyaya çatmaq üçün yeni layihələrin hazırlanması;
  • Korporativ əlaqələrin yaradılması və təşkili;
  • Korporativ saytın idarə edilməsi (müvafiq kontentin əlavə edilməsi, yenilənməsi və s.);
  • Daxili və xarici marketinq tədbirlərinin təşkili və aparılması (promo-materiallar və xarici reklamlar);
  • Sosial media hesabları və platformaları ilə işlənilməsi;
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin edilməsi;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması;
  • Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi; 

Namizədə tələblər: 

  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Stressə davamlı;
  • Problem həll etmə bacarığı;
  • Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək;
  • Yaradıcı düşüncə və yanaşma tərzinə malik olması və müvafiq ideyalar vermək;
  • Rəqəmsal marketing istiqamətləri üzrə biliklər;
  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarığı;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

İş şərtləri: 

  • Həftədə 6 iş günü
  • İş yeri: Babək pr.35
  • Əmək haqqı: gross 2500-3000 azn
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur.