İşin təsviri
Təsvir:
- ƏMAS sistemində əməliyyatların icra edilməsi;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, əmək müqavilələrinin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
- Məlumat bazasının mütəmadi yenilənməsi;
- E-gov portalında əməliyyatların icra edilməsi;
- Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
- Əmək kitabçalarında qeydlərin aparılması;
- Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları Əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Əmək Qanunvericiliyi biliyi;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
- Komanda ilə işləmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə);
- Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.