Tender və satınalma mütəxəssisi

  • Amper Elektrik
  • Elanın qoyulma tarixi: 03.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması; 
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı : 1200 AZN (NET)
  • Ünvan: AZ1063, Qaradağ rayonu, Lökbatan qәsәbәsi, Xocahәsәn yolu 57, Bakı, Azәrbaycan

 Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili (səlis), Rus dili (orta), İngilis dili (orta)
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
  • MS Office biliklərinə malik olmalı
  • İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Tender və satınalma mütəxəssisi" kimi qeyd edərək e-mail ünvanına göndərməyinizi xahiş edirik