Təcrübə Proqramı

İşin təsviri

Gələcək karyerasını tender üzrə mütəxəssis və Korporativ satış sahəsində qurmaq, bilik və bacarıqlarını bu yöndə  inkişaf etdirmək istəyən məzunların nəzərinə

“Performance Center” şirkəti Korporativ satış və tender üzrə 3 aylıq təcrübə proqramı elan edir.

Müsahibə yolu ilə  Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 5 il olmaqla Korporativ satış və texniki xidmət şöbəsində işlə təmin ediləcəklər.

Tələblər:

  •  Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində danışıq, digər xarici dil bilikləri arzuolunandır; 
  • Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
  • MC Office proqramlarını bilməli (Excel yüksək səviyyədə);
  • Yaş: 21-26; 
  • Yüksək ünsiyyət qurma bacarığı.

İş şəraiti:

  • İş qrafiki: həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 500 manat 
  • İş təcrübəsi tələb olunmur.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Korporativ satış və tender üzrə təcrübə proqramı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur