İşin təsviri
Namizədə aid tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 il təcrübə;
- Azərbaycan dili
- MS office , Günəş və Mikro proqramı biliyi;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Xərclərin və gəlirlərin uçotu, E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi;
- Daxil olan fakturaları E-qaimələri mühasibatlıq proqramına daxil etmək.(bank ödənişləri üçün ödəniş məlumatlarını aparmaq və avanslar üzrə);
- Xərclərin və gəlirlərin hesabatını tərtib etmək, bank çıxarışlarını işləmək, depozitləri nəzarətdə saxlamaq;
- Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının,pul vəsaitlərinin,dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq;
- Analitik təhlil etmə qabiliyyəti ,mal və materialların uçotunun aparılması;
- Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika);
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
Ünvan: Babək pr, Əlişir Nəvai 17
İş qrafiki - İş qrafiki: 5 günlük, saat 09:00-dan -18:00-dək
Əmək haqqı - müsahibə əsasında təyin olunacaq
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərə bilərlər.