Marketinq şöbəsinin müdiri

  • LG Bakı
  • Elanın qoyulma tarixi: 15.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri : "Ləzzət Qida Sənaye" MMC

Ünvan : Bakı şəhəri , Babək pr Ə.Nəvai 17

İş qrafiki- həftədə 5 gün, 09:00-18:00

Əmək haqqı  - razılaşma yolu ilə 

Vəzifənin tələb etdiyi xüsusiyyətlər:

  • Təhsil:  Ali Menecment, biznesin idarəedilməsi, marketinq
  • Təcrübə müddəti: Uyğun vəzifədə -5 il
  • Dil Bilikləri:  İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla)
  • Kompyuter Bilikləri:  MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi 
  • İxtisas Bilikləri:  Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri,
  • Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı.

Vəzifə funksiyaları:

  • Brendin istehlakçısını tanımaq/başa düşmək:          
  • İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;        
  • Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək          
  • Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq          
  • Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq          
  • Brendlərin həyat siklini idarə etmək          
  • Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək.          
  • Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək          
  • Brend kommunikasiyasını idarə etmək:          
  • Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək          
  • Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək          
  • Rəqib brendlərin məhsullarının kommunikasiya yenilikləri haqda hesabatları izləmək.           
  • Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq         
  • İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirərək şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini   hazırlayaraq təkliflər vermək   
  • Marketinq planlaşdırması və icraatı:          
  • Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək          
  • Promosiyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək          
  • Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək          
  • Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq          
  • Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.            
  • Satış kanallarının inkişaf etdilməsi          .          
  • Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq          
  • Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq.          
  • Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq  

LG Bakı tərəfindən digər vakansiyalar