İşin təsviri
- Departament: Satış
- İş yeri: Bakı (Ezamiyyət mümkündür)
Namizədə dair tələblər:
- Təhsil: Ali iqtisadi və ya ali texniki təhsil;
- Dil bilikləri: Azərbaycan, İngilis dilində səlis yazı və danışıq bacarığı, Rus dilinin olması arzu olunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel, MS PowerPoint və CRM platformaları ilə işləmə bacarığı;
- İş təcrübəsi:Korporativ satış sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Sertifikat: CPSP və ya HubSpot Sales Software sertifikasiyalı namizədlərə üstünlük veriləcək;
- Güclü ünsiyyət və təqdimetmə bacarığı;
- Analitik bacarıq;
- Problem həll etmə;
- Punktuallıq
Vəzifə öhdəlikləri:
- Şirkətin gəlir hədəflərinə çatmaq və aşmaq üçün effektiv satış strategiyaları hazırlamaq və həyata keçirmək;
- Hədəf sektorları və müştəri seqmentlərini müəyyənləşdirmək və cəlb etmək;
- Şəbəkələşmə, tövsiyələr və rəqəmsal marketinq kimi müxtəlif kanallar vasitəsilə yeni iş imkanlarını müəyyənləşdirmək və qiymətləndirmək;
- Prospektiv müştərilərin möhkəm bazasını yaratmaq və saxlamaq;
- Potensial müştəriləri və onların ehtiyaclarını müəyyən etmək üçün bazar araşdırması aparmaq;
- İlk əlaqədən müqavilənin bağlanmasına qədər bütün prosesi idarə etmək;
- Müştəri İdarəetmə Sistemi (CRM) vasitəsilə prosesi izləmək və idarə etmək, vaxtında təqib və dönüşü təmin etmək;
- Potensial müştərilərə təkliflər və təqdimatlar hazırlamaq və təqdim etmək;
- Təklifləri hər müştərinin spesifik ehtiyac və tələblərinə uyğunlaşdırmaq;
- Məhsul və texniki komandalarla sıx əməkdaşlıq edərək təkliflərin dəqiq və mümkün olmasını təmin etmək;
- Bütün müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
- Yuxarı rəhbərliyə müntəzəm satış hesabatları və proqnozlar hazırlamaq;
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Əlavə təminatlar:
- Korporativ nömrə və danışıq limiti
- Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı müsahibə zamanı bildiriləcək
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Korporativ satış mütəxəssisi" yazaraq mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.