İşin təsviri
Vəzifə öhdəlikləri:
- Xarici və daxili bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması;
- Sifarişlərin idarə edilməsinin həyata keçirilməsi;
- Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla danışıqların aparılması;
- Logistika prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Hesabatların hazırlanması və təqdim edilməsi.
Vəzifənin tələbləri:
- Beynəlxalq münasibətlər, logistika və xarici satınalma ixtisaslarından məzun olmuş yaxud magistr tələbələri.
- İngilis dili (B2), rus dili və çin dili biliyi üstünlükdür;
- MS Office proqramları üzrə biliklər;
- İş təcrübəsi arzuolunandır. İş öyrədilir.
İş şərtləri:
- İş qrafiki: Bazar ertəsi - cümə, saat 09:00-18:00.
- Əmək haqqı müsahibə qarşılıqlı razılaşma əsasında təyin olunur.
- Ünvan: Yeni Həyat Plaza Zərifə Əliyeva 55, Bakı, Azərbaycan.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Beynəlxalq logistika üzrə kiçik mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.