Ofis menecer

  • Mekan Group
  • Elanın qoyulma tarixi: 24.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yeni açılacaq Restoranın back ofisinə ofis daxili işlərin icrası üçün Ofis menecer axtarılır.

  • Gündəlik kargüzarlıq işinin təşkili və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi zamanı icrasına nəzarət
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkət daxili kargüzarlıq işlərinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatının aparılması
  • Şirkət daxili sənəd mübadiləsinin idarə olunması
  • Ofis üçün təsərrüfat və ərzaq mallarının alınmasının təşkili
  • Restoran idarəetmə sistemində çalışan müdriyyətlərlə əlaqəli işlərin icrası və tapşırıqları əsaasında lazimi işlərin yerinə yetirilməsi 

Namizədə Tələblər:

  • Ali təhsil
  • Xanım namizəd
  • Yaş həddi : 24-35
  • Müvafiq və oxşar vəzifədə minimum 1-3 il iş təcrübəsi
  • Azərbaycan və türk  dilində səlis danışıq qabiliyyəti( Rus və ingilis dili biliyi üstünlükdür)
  • Ofis proqramlarında (Excel, Word, PowerPoint) yaxşı səviyyədə işləmək bacarığı
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq
  • Xoş görünüşlü və ünsiyyətcil
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı,stressli situasiyanın idarə olunması

İş rejimi:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 gün (Bazar ertəsi-cümə)
  • Saat: 09:00-dan -18:00-dək
  • Nahar vaxtı 12:30-13:30
  • Ünvan: Bakı şəhəri,Bakı Dəniz Vağzalının inzibati binası 
  • Əmək haqqı : 600 Azn

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .

Mekan Group tərəfindən digər vakansiyalar