Servis müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi
  • Servis personalının idarə olunması və effektiv işinin təşkili
  • Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və  korporativ üsluba riayət olunmasına  nəzarət etmək
  • Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
  • Müştərilərin razılığına və loyallığına nail olmaq 
  • Texnikalara göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
  • Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
  • İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
  • Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli üsullari üzərində işləmək
  • Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması
  • Texniki xidmət mərkəzinin bütün işlərinə nəzarət edilməsi 
  • İstehsalçıların təmir texnologiyalarına riayət edilməsi 
  • Texniki xidmətin rəsmləşdirilməsi və müvafiq sənədləşmənin aparılması
  • Texniki nasazlığın və müştəri  tələbatının təyin edilməsi 
  • Ehtiyat hissələrinin anbarına nəzarət etmək zəruriyyət yarandıqca tənzimlənməsi 
  • Müştəriyə zəruri hallarda texniki xidmət barədə məlumat verilməsi 
  • Zəmanətli avtomobillərin zəmanət üzərindən texniki xidmətinin təmin edilməsinə nəzarət edilməsi
  • Texniki xidmət mərkəzinin iş keyfiyyətinə nəzarət edilməsi 
  • Müştəri məmnuniyyəti üçün qoyulan hədəflərin həyata keçirilməsinə cavabdehlik daşınması 
  • Daxili proseduralara  və nizam – intizam qaydalarına riayət edilməsi 
  • İşçilərə təlimin keçirilməsi 

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 30-45
  • Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır)
  • Servisi idarəçiliyi və texniki baxış mühəndisliyi üzrə minimum 3 illik təcrübə
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Servis müdiri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.