Katibə-referent

İşin təsviri

Rövşən Oğuz Qrup – 100 % yerli sərmayə əsasında fəaliyyət göstərən, əsası 1991-ci ildə qoyulmuş bölgədə mülki inşaat işləri, müxtəlif növ mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin uzunmüddətli və ya birdəfəlik texniki qulluğu, təmizlik xidməti və təmiri, istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, avadanlıqların texniki qulluğu (generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən  5 ulduzlu“AFRA” otelində istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.

Müəssisə: “ Rövşən Oğuz Qrup “ MMC

Departament: Layihə Smeta Bürosu

Vəzifə: Katibə-referent (350 Azn)

İş saatı: Həftə içi 5 gün 9:00-18:00 (Şənbə, Bazar günləri istirahət)

Əsas vəzifə-öhdəliklər:

- Şirkət daxili bölmələrin imzaya təqdim olunan sənədlərini nəzərdən keçirdikdən sonra imzaya təqdim etmək;
- İşçilərin tələb etdiyi müvafiq arayışların hazırlanması;
- Kənat təşkilatlara göndərilən sənədləri tərtib etmək;
- Şirkətə daxil olan və şirkətdən çıxan sənədlərin qeydiyyatını aparmaq;
- E-mail ünvanına gələn məktubların cavablandırılması;
- Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi;
- Müdiriyyətin verdiyi gündəlik tapşırıların yerinə yetirilməsi;
- Gələn qonaqların qarşılanması;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir;

Tələb olunan keyfiyyətlər:

- Ali təhsil
- Qeyd olunan sahədə ən azı  1 (bir) il iş təcrübəsi;
- Xanım namizədlər , yaş həddi 20-26
- Microsoft Office proqramlarında(Word, Excel, Outlook, İnternet) işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili bilənlərə üztünlük verilir);
- Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks);
- Təşkilatçılıq bacarığı;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını(Katibə-referent) qeyd etməklə göndərmələri xahiş olunur.