Analitik şöbənin mütəxəssisi

İşin təsviri

Analitik şöbənin mütəxəssisi

Namizədə dair tələblər:

- İqtisadiyyat, maliyyə/kredit, statistika və ya kriminalistika ixtisaslarından biri üzrə ali təhsilə (magistr dərəcəsinə) malik olmalı;
- Analitik iş (biznes-təhqiqat, hesabatların tərtib olunması, statistikanın hazırlanması, planlama və s.) sahəsində ən az 3 il iş təcrübəsinə malik olması
- Microsoft Office 2007-2010 proqram təminatları ilə peşəkar işləmə bacarığı.

Xüsusi qiymət Excel biliklərinə verilir.

- Təqdimat etmə bacarığı olmağı
- Bank qanunvericiliyi və bank əməliyyatlarına dair ümumi biliklərinin olması
- IT sahəsində nəzəri biliklərə malik olması
- İri həcmli məlumatları emal və təhlil etmək, strukturlaşdırmaq, öz fikirlərini aydın, yazılı şəkildə çatdırmaq bacarığı
- Dil bilikləri azərbaycan və  ingilis (rus dili arzu olunandır). 

Şəxsi keyfiyyətlərə dair tələblər:

- Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığı.
- Operativlik və gərgin iş rejimində işləmək bacarığı.
- Kommersiya sirrinin qorunmasını təmin etmə bacarığı
- Məxfi məlumatlarla işləmə, onları mühafizə etmə bacarığı.
- Komandada işləmə bacarığı
- Təşəbbüskarlıq və novatorluq.
- İş rejimi : 7/5 9:00-18:00

Mövzu adı qeyd etməklə Cv-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz

AR Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən digər vakansiyalar