AR Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti


Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikası Prezidentinin 25 may 2018-ci il tarixli 95 nömrəli Fərmanı ilə yaradılmışdır. Hazırda, Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli 215 nömrəli «Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanına uyğun olaraq, Xidmətin Nizamnaməsi və strukturu təsdiq edilmişdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?