Daxili nəzarət və audit department müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq təcrübəyə uyğun olaraq daxili audit siyasət və prosedurlarını işləyib hazırlanması və həyata keçirilməsini təşkil etmək;
  • İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi, yoxlamalara dair planlama və iş sənədlərinin tərtib edilməsi;
  • Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq;
  • Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
  • Nağd və nağdsız pul vəsaitlərinin, mövcud mal-materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsini, buna dair məsul şəxslərin imzası ilə müvafiq aktların tərtib edilməsini, habelə əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və s. aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasını təşkil etmək, zəruri düzəlişlərin edilməsi üçün aidiyyəti bölmələri yazılı şəkildə məlumatlandırmaq;
  • Müvafiq struktur bölmələrdə müştəri və ya tədarükçülərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış debitor-kreditor borc qalıqlarına dair üzləşmə aktlarının yoxlanılmasını təşkil etmək, zərurət yarandıqda üzləşmənin təkrar həyata keçirilməsini tələb etmək;
  • Yoxlama aparan zaman müvafiq struktur bölmələrdə məsul şəxslərin fəaliyyətini məhdudlaşdırmaq, onların köməyindən istifadə etmək, maddi zərərlə nəticələnmiş iş funksiyalarının pozulması hallarında dəymiş ziyanın qarşılanması məqsədilə zəruri təşkilati tədbirlər (əmək haqqıdan tutulmaya yönləndirmə və s.) həyata keçirmək;
  • Müvafiq struktur bölmələrdə açıq və konfidensial şəkildə bazar araşdırmasının təşkilinə nəzarət etmək, mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanmış müqavilələrin Şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunun yoxlanılmasına nəzarət etmək, yoxlama nəticələrinə əsasən aidiyyəti şəxslərə dəyişiklik və əlavələrlə bağlı təkliflər irəli sürülməsini təmin etmək;
  • Xidməti təminat apardığı struktur bölmələrin iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları, bütün əməkdaşların onlara əməl etmələrini izləmək, prosedur boşluqları ilə bağlı təkliflər hazırlanmasını təşkil etmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər təşkil etmək, zərurət yarandıqda bazar araşdırması aparmaq, xidməti təqdimatlar göndərmək, həmçinin rəhbərlik qarşısında yeni layihə və təkliflərlə çıxış etmək

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali iqtisadi və ya hüquq təhsili
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Daxili audit sahəsində qanunvercilik üzrə müfəssəl biliklərə sahib olmaq;
  • Daxili audit sahəsi üzrə müvafiq sertifikatların olması üstünlükdür
  • Kompüter bilikləri: MS Office (Word, Excel - Yaxşı səviyyədə);
  • Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarıqları

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;
  • Tibbi sığorta (ailə);
  • Parkinq
  • Yanacaq kartı

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daxili nəzarət və audit department müdiri" yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi