İşin təsviri
İş barədə məlumat:
- Əmək haqqının hesablanması;
- 1C mühasibatlıq proqramında aylıq standard və təkrarlanan əməliyyatların aparılması;
- Bank və kassa əməliyyatlarının aparılması;
- Dövlət orqanlarına verilən dövri hesabatların hazırlanması;
- Elektron sənədlərin tərtibi və təqdim edilməsi
- Daxili mühasibatlıq işlərinin görülməsi (hesab fakturalar, elektron qaimələr, bank köçürmələri və.s)
- Microsoft Excell və Word proqramlarında cədvəllərin və müxtəlif sənədlərin (Məktub, etibarnamə, akt və s.) hazırlanması. Sadalanan bütün işlər baş mühasibin köməyi və nəzarəti altında görülür.
Namizədə tələblər:
- Müvafiq sahədə 2 ildən çox təcrübəsinin olması;
- Vergi və Əmək qanunvericiliyində baza biliklərinin olması;
- 1C mühasibatlıq proqramında azı 1 il təcrübəsinin olması;
- Microsoft Excell və Word proqramlarını arzuolunan dərəcədə bilməsi;
- Elektron sənədlərlə işləmə bacarığı
- Ali təhsilinin olması;
- İngilis və ya Rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir.
-
İş yeri barədə məlumat:
Müəssisəmiz 10 ildən artıqdır ki, karton qutuların istehsalı ilə məşğuldur.
Müəssisənin ünvanı : Sabunçu rayonu, Maştağa qəsəbəsi, E. Məhərrəmli küçəsi 18.
İş qrafiki Həftənin altı günü saat 08.00-dan 17.00 kimidir.
Namizədlər CV-lərini "Mühasib" başlığı ilə [email protected] ünvanına göndərsinlər.