Aparıcı mühasib

  • Novgüv
  • Elanın qoyulma tarixi: 14.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanması (PL, Cash Flow, SOFP);
  • Ay sonu bağlanışlarına nəzarət, xərclərin və gəlirlərin müqayisəli şəkildə izlənilməsi, dəqiqləşdirilməsi;
  • Rəhbərliyə hesabatlarının hazırlanması, onların dolğun, anlaşılan şəkildə təqdim edilməsi;
  • Malların maya dəyərlərinin uçotuna nəzarət;
  • Gəlir və əməliyyat xərclərinin IFRS standartları üzrə uçotunun təşkili;
  • ƏDV, Mənfəət, SV, ÖMV vergi bəyannamələrinin düzgünlüyünü yoxlamaq, şəxsi hesab vərəqəsi üzrə əməliyyatlara tam nəzarət etmək;
  • İngilis dilində işgüzar yazışmaların aparılması;
  • İdxal prosesinin maliyyə şöbəsinə aid olan əməliyyatlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq üzrə ali təhsil
  • Maliyyə uçotunun IFRS standartlarını yaxşı səviyyədə bilmək (FA FR sertifikatları üstünlükdür)
  • Ofis proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı, hesabatların düzgün, anlaşılan hazırlanması üçün lazımi excel biliklərinə malik olmaq
  • Analitik təhlil etmə bacarığı
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri sürətli həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
  • Minimum 2 il iş təcrübəsi

Vakansiyaya müraciət etmək istəyən namizədlər email ünvanına mövzu başlığında Aparıcı mühasib qeyd etməklə CV-lərini göndərə bilərlər.

Novgüv tərəfindən digər vakansiyalar