İşin təsviri
Vəzifə öhdəlikləri:
- Korporativ Şəbəkənin və Server infrastrukturunun sabit işinin təşkili və idarə olunması
- Mağaza, ofis və serverlərdə internet kanalının sabit işinin təşkili və idarə olunması
- Korporativ elektron poçt sisteminin sabit işinin təşkili və idarə olunması
- Ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpası
- Korporativ antivirus, antispam və s. monitoringi və idarə olunması
- Baş ofis ilə fiallar arasında olan şəbəkə bağlantısının idarə olunması
- Korporativ şəbəkənin, server və son istifadəçilərin kiber hücümlara qarşı dayanıqlılığının təmin olunması
- İp telefon sisteminin idarə olunması
- Server və şəbəkə avanlıqlarının monitorinq olunması, dövrü baxışın keçirilməsi və yenilənməsi
- Lisenziya, seritifikat və digər ödənişli program təminatları və xidmətlərin yenilənlənməsi
- Texniki dəstək personalına ehtiyac yarandiğı təqdirdə köməklik göstərir
- Şirkətin İT Siyahət, Prosedur və Qaydalarına uyğun xidmət göstərir.
- Performansın artırılması üçün şəbəkələri, sistemləri monitorinq edir və lazım olan dəyişiklikləri müəyyənləşdirir
- İT Direktor tərəfindən verilən tapşırıqları icra edir, hesabatlar hazırlayaraq təqdim edir.
Təhsil:
- İT, kompüter elmləri və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi
- Peşəkar sertifikatlara üstünlük verilir ( MCSA, MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və s.)
- İngilis dili bilikləri arzuolunandır
Təcrübə:
- Sistem və Şəbəkə inzibatçılığı vəzifəsi üzrə ən azı 3 il iş təcrübəsi
Professional biliklər:
- Microsoft Server və Client əməliyyat sistemləri üzrə dərin biliklərin olması
- Linux \ Unix server sistemləri üzrə biliklərin olması
- Server platformaları, Active Directory, MS Exchange , MS SQL, System Center, Clustering , RDS, DNS, CA üzrə dərin biliklərin olması
- SAN, NAS, DAS, İSCSİ, FC və s. Storage texnologiyaları haqqda biliklərin olması
- Vmware – ESX, ESXI, vCenter üzrə dərin biliklərin olması
- TCP/IP, NAT, DHCP, VLAN, RIP, VPN , OSPF, BGP, Radius, Load balancing və s. şəbəkə servisləri üzrə dərin biliklərin olması,
- Backup & Recovery sistemləri üzrə biliklərin olması ( Veeam, Norton, Acronis, Symantec )
- Cisco, HPE, Fortigate, Mikrotik, Aruba, Ubiquiti və s. kimi router, firewall, switch və wireless avadanlıqlarının konfigurasiya olunması və üzrə nəzəri və praktiki biliklərin olması
- İP-PBX ilə iş təcrübəsi ( Asterisk, 3CX, Kerio Operator )
Professional bacarıqlar və kompetensiyalar:
- Analitik və alqoritmik düşüncə
- Məsuliyyət
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Şəbəkə və Sistem Administratoru” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.