Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi

  • Embafinans
  • Elanın qoyulma tarixi: 02.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2012-cı ildən fəaliyyətə başlamış “Embafinans” Bank Olmayan Kredit Təşkilatı kimi müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. Əsas fəaliyyət istiqaməti istehlak kreditlərinin verilməsi olan BOKT-nın 2014-cü il ərzində 130 kredit məntəqəsinin yaradılması nəzərədə tutulub. Bu istiqamətdə aşağıda qeyd olunan regionlar üzrə “Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi” vakansiyası elan edilir:

• Qax
• Ucar
• Quba
• Şabran
• Qusar
• Salyan
• Goranboy
• Ağdaş

Əsas vəzifə və öhdəliklər:

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected] ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və regionu qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 5 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)

Əmək haqqı (xalis)

• Kiçik mütəxəssislər: 300 AZN+aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır