İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Keyfiyyət təhlükəsizlik planına uyğun olaraq yarımfabrikatlarda və hazır məhsullarda analizləri həyata keçirir;
- Analiz qeydiyyatlarını aparır və nəticələri vaxtında məsul şəxslərə bildirir;
- Laboratoriyaya daxil olan nümunələri təlimata uyğun qəbul edir, aidiyyatı üzrə yönləndirir və sənədləşdirir;
- Xammal qəbul proseduruna əsasən analizləri həyata keçirir və qeydiyyatını aparır;
- İstehsal edilən hər partiyalı məhsul üçün keyfiyyət vəsiqələrini hazırlayır;
- Günlük uyğunsuzluqlara dair hesabatları laboratoriya müdirinə və keyfiyyət mütəxəssisinə verir;
- Laboratoriya avadanlıqların, cihaz və alətlərin təmiz və saz saxlanmasına nəzarət edir;
- Kalibrasiya və doğrulama əməliyyatlarını həyata keçirir;
- Laboratoriya sahəsinin təmizliyinə riayət edir və qeydiyyatını aparır;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Dövlət tərəfindən qoyulan sanitar-gigiyena, HACCP, İSO 9001, İSO 22000 və İSO 17025 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq müvafiq işləri həyata keçirir.
Tələb olunan bilik və bacarıqlar:
- İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Laboratoriya analizlərinin aparılması;
- Analiz üçün lazım olan məhlulların hazırlanması;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Kimya,Biologiya sahəsində);
- İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki : Növbəli;
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli);
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Servis şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mikrobioloq” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.