İşin təsviri
Öhdəliklər:
- Yeni Françayzing mağazalarının açılması üçün müxtəlif əraziləri mütəmadi ziyarət etmək
- Şirkətin şərtlərinə uyğun olan satış nöqtələrini müəyyən etmək
- Şirkətin şərtlərinə uyğun olan satış nöqtələrinin sahibkarları ilə müvafiq qaydalara uyğun danışıqlar aparmaq və onları şirkətlə əməkdaşlığa cəlb etmək
- Françayzing namizədləri ilə əldə olunmuş razılaşmaların şirkətin mənafeyinə uyğunluğunu təmin etmək
- Françayzinq razılaşması əldə olunmuş sahibkarlarla müqavilə bağlamaq
- Yeni françayzinq mağazasının şirkətin prosedur və qaydalarına uyğunlaşdırılması üçün müvafiq tədbirlər görmək
Tələblər:
- Ali təhsil
- 1-3 il təcrübə
- Excel bilikləri
- Sürətli mənimsəmə qabiliyyəti
- Sərbəst və kollektiv ilə çalışma bacarığı
- Məsuliyyət
- İşgüzarlıq
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznes İnkişafı üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.