İşin təsviri
Vəzifə funksiyaları:
- Müştərilərə mağazada olan kampaniyalar, Bonus Kartı, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
- Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək;
- Qüvvədə olan kampaniyaların şərtlərinin icrasını təmin etmək;
- Mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına və məhsul mütəxəssislərinin rəyinə riayət etmək;
- Məhsul sifarişlərini vaxtında və düzgün verilməsini təmin etmək.
Dil biliyi: Tələb olunmur
Kompüter biliyi: Tələb olunmur
Təhsil səviyyəsi: Tələb olunmur
Sahə üzrə iş təcrübəsi: 0 - 1 il
Ünvan: Bakı, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B
İş qrafiki: 6 günlük növbəli iş qrafiki