İşin təsviri
Vəzifə öhdəlikləri:
- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
- Satışla bağlı bütün ilkin uçot sənədlərinin, aktların, hesab-fakturalarının tərtibi və göndərilməsi;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Satışla bağlı e-qaimələrin yazılması və göndərilməsi;
- Satış sənədlərinin reyestrinin aparılması;
- Debitor borclarının izlənməsi və təhlili;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə 3 illik təcrübə;
- Komandada işləməyi bacarmalı;
- 1C proqramı biliyi;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili biliyi mütləqdir.
Əlavə məlumat:
- İş vaxtı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.