Təchizat zəncirin idarə olunması üzrə təcrübə proqramı

İşin təsviri

Karyeranıza birbaşa start vermək istəyirsinizsə, daha nə gözləyirsiniz? Biz sizi bizim maraqlı staj proqramımıza qatılmağa dəvət edirik. Bu proqram, istəkli profesional əməkdaşlarımızın sahədə təcrübə və qiymətli biliklər əldə etmək üçün unikal imkan təklif edir.

Təcrübə Proqramı haqqında:

2 ay müddətinə təşkil olunan staj proqramımız, motivasiyalı şəxslərə təchizat və satınalma proseslərini ətraflı şəkildə başa düşmələrini təmin edəcək və onların bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcək şəkildə hazırlanmışdır.

  • Təcrübəli mütəxəssislərlə birgə həyata keçirilən real layihələrdə işləmək;
  • İnformasiya Texnologiyaları sahəsində praktiki təcrübə əldə etmək.
  • Workshoplar, təlimlər və şəbəkələşmə görüşlərində iştirak etmək.
  • Təcrübəli mütəxəssislərdən mentorluq və təlim almak.
  • Talentlarınızı göstərmək və fərq yaradan layihələrə kömək etmək.
  • Part time – 200 azn / Full time – 345 azn (namizədə görə dəyişə bilər)
  • KPİ göstəricilərinə əsasən bonus

Mövcud Vəzifələr:

  • Satınalma üzrə mütəxəssis
  • Satış mütəxəssisi
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis
  • Sənəd nəzarətçisi (Document controller)
  • Müştəri xidmətləri üzrə mütəxəssi
  • Kateqoriya meneceri

Qəbul Şərtləri:

  • Sahə üzrə müvafiq marağın göstərilməsi.
  • Əlaqə yaratma, komanda işi və problemləri həll etmə bacarığı.
  • Sürətlə dəyişən və dinamik iş mühitinə uyğunlaşma qabiliyyəti.

Təcrübə proqramını uğurla bitirən təcrübəçilər işlə təmin olunacaqdır.

Müraciət üçün e-mail ünvanına cv-lərinizi göndərə bilərsiniz.