Məhsul sahibi (Mobile Biznes həll (app))

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 31.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nu yaratmaq və prioritetləşdirmək;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olmaq;
  • Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırmaq;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
  • Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatları bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;
  • Təşkilat daxilində həll yollarını asanlaşdırmaq;
  • Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq etmək;
  • Bazar araşdırması etmək və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirmək;
  • Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq etmək: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s;
  • Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya apara;
  • Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.

Tələblər:

  • 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (Mobile app, biznes və ya İT);
  • Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı;
  • Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
  • Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa malik olmaq;
  • Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.);
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarəedilməsi;
  • Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
  • Məlumat bazalarında işləmək bacarığı;
  • Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlar;
  • Azərbaycan dili – səlis;
  • İngilis dili – orta (min. Intermediate).

İşəgötürənin reytinqi