Proseslərin idarə olunması üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • Mövcud və yeni proseslərin təsvir edilməsi üçün proses xəritələrin və iş axışlarının yaradılması;
  • Yeni yaradılmış proses xəritəsinin və iş axışlarının əlaqəli tərəflər ilə razılaşdırılması;
  • Mövcüd biznes proseslərin təkmilləşdirilməsi, proses xəritələrinin yenilənməsi;
  • Mövcud biznes proseslərinin təhlilinə və təkmilləşdirilməsinə ehtiyac olan sahələrin müəyyən edilməsi;
  • Səmərəliliyi və məhsuldarlığı artırmaq üçün proses təkmilləşdirmələrinin hazırlanması və həyata keçirilməsi;
  • Proseslərin təkmilləşdirmə meyarlarının müəyyən edilməsi və inkişaf etdirmək üçün digər tərəflərlə əməkdaşlıq edilməsi;
  • Biznes proseslərinin ən yaxşı təcrübələrə uyğun olmasının təmin edilməsi və hər hansı zəruri dəyişikliklər üçün tövsiyələrin verilməsi.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, İnformasiya Sistemlərinin idarə edilməsi və ya müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurma bacarığı, İngilis dili biliyi arzu olunandır;
  • Proseslərin xəritələşdirilməsi və sənədləşdirmə vasitələrində yüksək səviyyədə işləmə bacarığı;
  • Microsoft Visio, Microsoft Excel və Power Point proqramlarında yaxşı işləmə bacarığı;
  • Proseslərin təkmilləşdirilməsi metodologiyaları ilə tanışlıq (Lean Six Sigma);
  • Müstəqil və komanda ilə işləmə bacarığı;
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarığı, detallara diqqət və nəticə yönümlülük;
  • Lean Six Sigma üzrə sertifikatların olması üstünlükdür.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
  • Korporativ təlimlərə qatılma imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi