Baş Mühasib

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 17.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAŞ MÜHASİB

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Baş Mühasib vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

 Şirkətin bütün mühasibatlıq və maliyyə işlərinə nəzarət edilməsi;
 Vergi, Statistika və DSMF hesabatların hazırlanması;
 Ayın sonunda maliyyə hesabatlarının hazırlanması.

Əsas tələblər:

 Cinsi – kişi, yaşı 30-35;
 Tam ali iqtisadi təhsil (mühasibat və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzu olunandır);
 Baş mühasib kimi ən az 5 il iş təcrübəsi;
 Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
 Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
 MS Office proqramları ilə mükəmməl çalışa bilməli;
 ERP proqramlardan hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməlidir. (Unity Logo ilə çalışma təcrübəsi olanlar daha arzuolunandır);
 Dil bilikləri – Rus dili əla, İngilis dili – orta səviyyədə;
 Şəxsi keyfiyyətləri – ambisiyalı, ünsiyyətcil, təzyiq altında çalışa bilən, üzərinə yüksək öhdəliklər götürə bilən, səliqəli və ən əsası dürüst biri olmalıdır;
 Sabunçu, Nizami və Xəzər rayonlarının sakinlərinə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 18.04.2014  tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Baş Mühasib”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi