İşin təsviri
Vəzifə öhdəliyi:
- Layihələri idarə etmək;
- Layihənin əhəmiyyətli hissələrini işləmək;
- Layihələndirmədə daha proqressiv təklifləri irəli sürmək;
- Layihələndirmənin tam hazırlanması işini təşkil etmək;
- Layihənin qrafikə uyğun nəzarətini aparmaq;
- İcraçı mühəndislər arasında iş bölgüsünü aparmaq və koordinasiya etmək;
- Alınmış təlimata əsasən yerinə yetirilmiş işi yoxlamaq;
- Layihələrin hazırlanmasında və Sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Nəzarət orqanları ilə razılaşmaları və nəzarəti yerinə yetirmək;
- Rəhbərlik tərəfindən verilmiş işləri vaxtında və dəqiq yerinə yetirmək;
- Görülən və planlanan işlərin hesabatını hazırlamaq;
- Görülən işin keyfiyyətinin artırılması və inkişaf etdirilməsini təşkil etmək;
- Şöbənin əməkdaşlarının ixtisas artırma və tədrisini təşkil etmək;
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək;
- Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etmək;
Bilməlidir:
- Layihələndirilmə üzrə rəhbər sənədləri və normativləri, tətbiq edilmə qaydalarını;
- Layihə-smeta və texniki sənədləşmə üzrə rəsmiləşdirilmə standartlarını;
- İqtisadiyyatın əsaslarını, istehsalın, əməyin və idarəetmənin təşkilini;
- Layihələndirmə sahəsində xarici təcrübələri və irəlidə olan inkişaf etmiş metod və texnologiyaları;
- Layihələndirmə metodlarını;
- Layihələndirilən obyektlərin tələblərini;
- Layihələrin avtomatlaşdırılma və hesablama işlərini;
- Layihələrin oxunmasını;
- İşçiləri idarə etmənin metod və əsaslarını;
- Müəssisənin keyfiyyət, ətraf mühit və əməyin təhlükəsizliyi sahəsində siyasəti;
- Əməyin təşkilinin əsasını, daxili əmək intizam qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyasını və yanğından mühafizənin norma və qaydalarını.
İxtisas tələbləri:
- Müvafiq sahə üzrə ali ixtisas təhsili;
- Müvafiq sahədə ən azı 5 il təcrübə;
- Kompüter bilikləri:
- AutoCAD proqramında işləmə bacarığı;
- MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
- Archicad və ya Revit arzu olunandır;
- Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması (ingilis və rus dili arzu olunandır);
- Layihəyə nəzarət bacarığına malik olmaq;
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- İşgüzar və məsuliyyətli olmaq;
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı müsahibə əsnasında təyin ediləcəkdir.
- AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul
Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə e-mail adresinə öz CV-lərini göndərə bilərlər.