Logistika, təchizat və satınalma üzrə kiçik mütəxəssis

İşin təsviri

Tələblər:

  • Logistika və satınalma sahəsində 2 il iş təcrübəsi
  • Gömrük qanunvericiliyindən anlayışlı olmaq
  • Azərbaycan, Rus dilində sərbəst danışıq, İngilis dili arzu olunandı.
  • Ali təhsil mütləqdir
  • Təşkilatcılıq bacariqları

Öhdəliklər:

  • Məhsulların planlanması və sifarişi
  • Ödənişlərin nəzarəti
  • Qiymətlərin analizi
  • Müqavilələrin bağlanması
  • Xərclərin səmərəliyinin analizi
  • Alışların planlanması

İdxal Mal-Material Sifarişi və İdxal Prosesi

  • Sifarişlərin planlanması
  • Yeni istehsalçıların axtarışı
  • Malların Gömrükdə rəsmiləşdirilməsi və müvafiq sənədlərin toplanması

Beynəlxalq yük daşımaları

  • Yük daşımaların sifarişi və lazımı sənədlərin toplanması
  • Yük daşımaların koordinasiyası
  • Yüklənmələrin planlanması və hesablanması

Yeni açılan restoranların tədarükü

  • Avadanlıqlarla təchiz edilməsi
  • Ləvazimat təhcizatı

Sertifikatların alınması

  • AQTA – icazələrin alınması üçün onlayn müraciət

İş Şərtləri:

  • 5 günlük iş günü
  • İş qrafiki Bazar etrəsi – Cümə saat 10:00-19:00
  • Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Logistika, təchizat və satınalma üzrə kiçik mütəxəssis” mövzusu altında elekton ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi

Papa John’s Azərbaycan tərəfindən digər vakansiyalar