İşin təsviri
                
                
                                
                Tələblər:
	- Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Microsoft Office proqramlarını bilmək;
- Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
- Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
- Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
- Balansın çıxarılması üzrə bilikləri olmalı;  
- Yaş həddi: 30-35;  
İş barədə:
	- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı  hesabatların hazırlanması;
- Bütün növ maliyyə hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Baş Mühasib ”yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş (xanım) namizədlər müsahibəyə dəvət olunacaqlar.