Proqram təminatlarının idarə olunması və dəstəklənməsi şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Təsvir:

  • Bankın struktur bölmələrinin əməkdaşlarının İT məsələlər üzrə müraciətlərinin qəbul edilməsini və icra olunmasını təmin edir; 
  • Bankın struktur bölmələrində proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemləri həll etmək üçün operativ tədbirlər görür;
  • İstifadəçilərdə yaranmış problemlərin (və ya sualların) tezliklə həll olunması və sistemlərdən düzgün istifadə edilməsi üçün lazım olan məlumatların təqdim edilməsini təmin edir;
  • Müxtəlif fövqəladə və qeyri-standart məsələləri və ya problemləri həll etmək üçün operativ tədbirlər görür və yaranmış məsələlərin və problemlərin hesabatını aparır;
  • Müraciət edən istifadəçi ilə problemin həll edildiyinin təsdiqlənməsi və nəticələrin mütləq qeyd edilməsini təmin edir.

Tələblər:

  • Dil bilikləri: Azərbaycan və Rus dili əla, İngilis dilini orta səviyyədə bilməli;
  • Analitik təhlil və detallara fikir vermə qabiliyyəti;
  • Temenos T24 sistemində müvafiq səviyyədə işləmək bacarığı;
  • Komandada işləmək və yüksək kommunikasiya bacarığı.

İşəgötürənin reytinqi