Korporativ satış üzrə Təcrübə Proqramı

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, rus dili arzuolunandır;
  • MS Excel, Word proqramlarında işləməyi bacarmalı;
  • İnkişafa meyilli, çevik və məsuliyyətli olmalı;
  • Komandada işləməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Proqram rəsmidir, əmək haqqı ödənilir;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə təcrübəçi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən digər vakansiyalar