Təchizat üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali;
  • Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi olmalı;
  • Aqrar sahə üzrə biliklərin olması arzuolunandır;
  • Kompüter bilikləri: Excel bilikləri (orta səviyyədə), 1C proqramı üzrə baza biliklər;
  • Azərbaycan dili səlis, Rus dili orta səviyyədə olmalı;
  • Analitik düşüncə bacarığına sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Satışla bağlı sifarişlərin logistika şirkətləri vasitəsilə çatdırılmasının təmin edilməsi və koordinasiyası;
  • Sifarişlərin analiz edilməsi və aidiyəti ünvana yönləndirilməsi;
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
  • Sifariş edilmiş malların/xidmətlərin vaxtında təhvil-təsliminin təşkili, tələbə uyğun olub-olmamasının müəyyən edilməsi və qeydiyyatının aparılması;
  • Regional anbarlardan və satış nöqtələrindən gələn müraciətlərin cavablandırılması və yönləndirilməsi;
  • Sənədlərin reyestrinin aparılması;
  • Mütamadi olaraq stokdakı malların analiz edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 731 - 842 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.