Maliyyə analizi şöbəsinin Rəhbəri

  • Avrora
  • Elanın qoyulma tarixi: 02.05.2024

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə faəliyyətinə aid analizlərin aparılması:
  • Satışın effektivlik analizinin aparılması;
  • Maya dəyərinin analizinin aparılması;
  • Mənfəətlilik hesabatının analiz edilməsi;
  • Threshold-lar üzrə analizlərin aparılması;
  • Digər xərc maddələrinin analizlərinin aparılması;
  • Şirkətin maliyyə vəziyyətinə aid analizlərin aparılması:
  • Debitor, Kreditor, İnventar və başqa balans hesab maddələrinin analizlərinin aparılması;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın fakt və büdcə üzləşmələrinin aparılması;
  • İnvestisiya layihələri üzrə fakt və büdcə üzləşmələrinin və ilkin büdcənin təsdiqi üzrə analizlərin aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • ACCA üzrə minimum FA, FR, MA, PM və FM imtahanlarından müvəffəqiyyətlə keçmək;
  • Liderlik və idarəetmə bacarıqları;
  • Analitik bacarıqlar;
  • Risklərin və konliktlərin idarə edilməsi;
  • Səlahiyyətlərin ötürülməsi bacarığı;
  • Ünsiyyətqurma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali;
  • Maliyyə, Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə 1 ili rəhbər olmaqla 3 illik təcrübə;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, İngilis dili biliyinin yaxşı səviyyədə olması;
  • Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analizi şöbəsinin rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi